DYP karantində cərimə olunanların sayını açıqladı - 36 min

Yol polisi 23 Aprel 2020 10:00 Oxunub 1988
DYP karantində cərimə olunanların sayını açıqladı - 36 min
WhatsApp kanalımıza abunə ola bilərsiniz
36364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 22.04.2020-ci il saat 00:00-dan 23.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb. 

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən xəbərə görə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22.04.2020-ci il saat 00:00-dan 23.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1208 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh