Bakıda bu yollar bağlanacaq - DYP sakinlərə və sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib.
Avtosfer.az-ın xəbərinə görə, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli deyib ki, 1-3 mart 2023-cü il Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşurutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək: “Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Mərkəzə daxil olan nəqliyyat axının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkətə üstünlük verməyi əsasən Zərifə Əliyeyeva, Neftçilər prospekti, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Teymur Elçin, Lermantov, Parlamen prospekti, Koroğlu Rəhimov və Yusif Səfərov istiqamətində mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini yükləməməyi xahiş edirik”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












