DYP reyd keçirib, 50 nəfər cərimələnib - VİDEO

Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları baş verə biləcək avtonəqliyyat hadisələrinin qarşısını vaxtında almaq və sürücülərlə profilaktiki söhbətlər aparmaq məqsədilə reyd keçirib.
Son vaxtlar Kürdəmir-İmişli və Kürdəmir-Zərdab avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri və piyadaların vurulması reydlərin keçirilməsinə zəmin yaradıb.
Bununla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları rayonda hərəkətin tənzimlənməsi məqsədilə karantin rejimi qaydalarına əməl etməklə, sürücülərlə profilaktiki söhbətlər aparıblar. Onlara yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri tövsiyə olunub.
Bütün bunlara baxmayaraq, reyd zamanı qaydaları pozan, o cümlədən, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, təhlükəsizlik kəmərini taxmayan, avtomobilə konstruksiya dəyişikliyi edən sürücülərə də rast gəlinib.
Yol polisi əməkdaşları qaydaları kobud şəkildə pozan sürücüləri cərimələyib.
Reyd zamanı DYPB-nin əməkdaşları 100-ə yaxın avtomobili saxlayıb. Onlardan 50 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən protokollar tərtib olunub.
Bu kimi reydlərin rayon ərazisində mütəmadi olaraq keçrilməsi nəzərdə tutulub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












