DYP sərnişindaşıma ilə bağlı reyd keçirib - FOTO

Xüsusi karantin rejiminin tələblərinin təmin olunması məqsədilə sərnişindaşıma sahəsindəki vəziyyətə ciddi nəzarət olunur. Rayondaxili marşrutlarda sıxlığın yaranmaması, sərnişinlər arasında sosial məsafənin qorunması, həm sürücülərin, həm də sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması məqsədilə istər profilaktiki, istərsə də reyd xarakterli tədbirlər davam etdirilir. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən sərnişindaşıma ilə məşğul olan iri və kiçiktutumlu nəqliyyat vasitələri saxlanılmaqla karantin rejiminin tələblərinə riayət olunub olunmaması yoxlanılıb. Karantin qaydalarını pozanlar barəsində inzibati qaydada protokollar tərtib edilib. Marşrutlarda sərnişin sıxlığı hallarına çox rast gəlinməsə də, sərnişinlərin bir çoxunun maskadan istifadə etmədiyi üzə çıxıb. Həmin sərnişinlərə polis əməkdaşları tərəfindən maskalar paylanıb. Reyd zamanı eyni zamanda 2 nəfərdən artıq sərnişin daşıyan taksi sürücüləri də aşkarlanıb. Onlara da karantin qaydalarını pozduqları izah olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Ümumilikdə isə indiyə qədər Lənkəranda yol patrul xidməti əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarını pozan 440-dan artıq şəxs barəsində protokol tərtib edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














