Ekspertlər ölkədə avtomobil bazarı ilə bağlı hansı proqnozlar verdi?

Ölkədə koronavirusla bağlı xüsusi karantin rejimi tətbiq edildikdən sonra bir çox sahələrin fəaliyyəti dayandırıldı. Bu, bütün sahələrdən, eləcə də avtomobil bazarından yan keçməyib. Hazırda avtomobil bazarında durğunluq müşahidə edilir. Karantin rejimi ilə bağlı vətəndaşlar da avtomobillərini onlayn şəkildə satmağa çalışırlar.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edir ki, hazırda vətəndaşlar internet üzərindən avtomobillərini satmağa çalışsalar da, aparılan təhlillər zamanı məlum olub ki, bəzi elanlarla son 1 ay ərzində maraqlanan olmayıb. Bəzi elanlarla maraqlananlar olsa da, satış baş tutmayıb. Çünki vətəndaşlar vəziyyətlə əlaqədar olaraq, qənaət etməyə çalışırlar.
Ekspert həmçinin qeyd edib ki, Dövlət Yol Polisi İdarəsində qeydiyyat prosesləri müvəqqəti olaraq dayandırılıb: "Ötən gün açıqlama verildi ki, onlayn qaydada sənədləri göndərib növbəyə yazılmaq lazımdır. Bununla yanaşı, vətəndaşların çox hissəsi qeydiyyat xərcləri baha olduğu üçün avtomobil alarkən etibarnamə ilə almağa çalışırlar ki, xərcləri az çıxsın. Notariuslar işləmədiyi üçün bu da avtomobil bazarına təsir edir".
Muradlı bildiriib ki, bu fonda bazarın yenidən dirçəlməsi üçün 6 ay - 1 il lazım olacaq: "Belə vəziyyətdən çıxmaq heç də asan deyil və bu qısa müddətdə baş verməyəcək. Bu baxımdan düşünürəm ki, avtomobil almaq istəyənlər yenidən 2-ci əl avtomobillərə üstünlük verəcək. Karantin dönəmindən əvvəl avtomobil alanlar 10-20 min manatlıq ikinci əl avtomobillərə üstünlük verirdilərsə, karantin dönəmindən sonra daha ucuz, 8-15 min manatlıq avtomobillərə üstünlük veriləcək. Çünki indi hamı öz sağlamlığını, ailəsini düşünür. Avtomobil almaq marağında olanlar da artıq fikirlərindən daşınıb. İndi çox az adam var ki, avtomobil almaq üçün karantin dönəminin bitməsini gözləyir".
Yol-nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə koronavirus təhlükəsi ilə bağlı bütün sahələrdə olduğu kimi avtomobil satışı bazarında da sakitlikdi.
"Hazırda rəsmi dilerlərdə, avtomobil salonlarında satış yoxdur. Bir çox şirkətlər tərəfindən onlayn satışlar keçirilir. Bu da çox azdır", - deyən ekspert ikinci əl avtomobil bazarında da satışın olmadığını deyib.
Onun fikrincə, vətəndaşlar internet saytlarda avtomobilləri bəyənirlər və s. Bu kimi proseslər aparılır. Amma əvvəlki kimi avtomobil alqı-satqısı qeydə alınmır və satış yoxdur.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, karantin müddəti bitdikdən sonra uzun müddət avtomobil bazarında bu durğunluq müşahidə ediləcək və alıcılar daha ucuz avtomobillərə üstünlük verəcəklər.
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO











