Gəncədə duracağa yerləşdirilən avtomobildən əşyalar götürülüb? - RƏSMİ AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə duracağa yerləşdirilən avtomobilə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının qanunsuz daxil olması, avtomobildə olan əşyaların itməsi ilə bağlı xəbər yayılıb.
Yayılan məlumatla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, bu iddialar əsassızdır və böhtan xarakterlidir.
"Qeyd edim ki, fevral ayının 12-də şəhər sakini Yasin Xəlilovun özünü məxsus "VAZ 21144" markalı avtomobilin qabaq qeydiyyat nişanının olmaması və avtomobilə qanunsuz konstruksiya dəyişikliyi etdiyinə görə saxlanılaraq SİQNAl İdarəsinə məxsus, mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib. Avtomobil sahibi avtomobilində olan lazımı əşyaları götürdükdən sonra, həmin idarənin əməkdaşları avtomobili qəbul ediblər. Sözügedən duracaq həm əməkdaşlar tərəfindən, həm də təhlükəsizlik kameraları ilə mühafizə olunur, avtomobil sahiblərindən başqa, heç kəs həmin əraziyə buraxılmır", deyə baş inspektor vurğulayıb.
Q qeyd edib ki, vətəndaşa və ya onun hüquqlarını müdafiə edən hər bir kəsə avtomobilin orda olduğu müddətdə olan görüntüləri təqdim oluna bilər. "Əfsuslar ki, bəzən sürücülər bu yolla özlərini məsuliyyətdən azad etmək üçün müraciət etsələr də, bilməlidirlər ki, heç bir nəticəsi olmayacaq və barələrində qanunamüvafiq tədbir görüləcək".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













