Həmişəyaşıl Azərbaycan üçün… - FOTO

Sağlığında vətənimizin füsnünkar təbiətinin vurğunu olan, “Bir ağacı kəsən, sanki mənim bir qolumu kəsir”,- deyən xalqımızın ümummilli liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, yaşıllaşdırmaya mühüm önəm vermişdir.
Bu gün əkilən hər bir ağacla bərabər onun arzuları da boy atıb göyərir, vətənimiz başdan-başa cənnətə dönür. Regionlar, Bakımız günün-gündən gözəlləşir, yaşıl örtüyə bürünür.
“Sabitlik adası”nı həm də yaşıl cənnətə çevirmək üçün ölkə rəhbərimizin, birinci vitse prezident Mehriban xanım Əliyevanın necə böyük sevgi ilə ağacəkmə kompaniyalarında, yaşıllaşdırmada həvəslə iştirakının hər birimiz şahidi olmuşuq. Təbitin yazı qarşıladığı, torpağın oyandığı bu günlərdə “quru boş ərazi qalmasın, ağac əkək, sabahı düşünək” devizi ilə həmkarlarımız da qollarını çırmayıb ağac əkir, savab qazanırlar.
Bu dəfə Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları uzun illərin nəcib və xeyirxah ənənəsinə sadiq qaldılar. Ətraf mühitin təmizliyi, yaşıllaşdırma, vətənimizin abad, çiçəklənən diyara çevrilməsi naminə bu nəcib işə həmkarlarımızın coşqu ilə qoşulması təbiətə sevginin, ulu öndərimizin ideallarına sadiqliyinin bariz nümunəsi idi.
İdarənin həyətində və yaxın ərazidə ağac əkmək üçün şəxsi heyətin hamılıqla səfərbər olması, həm diqqətimizi çəkdi, həm də sevindirdi bizi.
“Ağac həyatın və sağlamlığın təbii sipəridir. Ulularımız əbəs yerə deməyiblər ki, əgər savab qazanmaq, sağlam olmaq istəyirsinizsə ağac əkin. Çünki həyat üçün zəruri olan havanın təmizlənməsi, yağış yağması, iqlimin tənzimlənməsi, digər bütün canlı və bitkilərin qidalanması, böyüməsi ağacdan asılıdır. Əgər fikir vermisinizsə, yaşayış məskənləri salınanda, yaşayış binaları tikiləndə ilk növbədə həmin ərazilərin təbii landşaftına diqqət yetirilir, insanların sağlamlığı üçün nə dərəcədə əlverişli olması nəzərə alınır. Həqiqət budur ki, Bakıda yaşıllıqlar azdır. Ancaq bu o demək deyil ki, biz bununla barışmalıyıq, əksinə, şəhərimizi yaşıl cənnətə çevirmək üçün əlimizdəki imkanlardan istifadə etməliyik. Mən inanıram ki, bu əkdiyimiz ağaclar illər ötdükcə boy atacaq və bizlərdən ən əziz xatirə kimi təbiətin yaşıl qoynunda baş-başa verəcəklər”,- deyərək ilk ağac tingini yerə basdıran rəis müavini, polis polkovnik-leytenantı İlham Rzayev bu nəcib işin gələcəkdə də davamlı olacağını diqqətimizə çatdırdı.
Qeyd olundu ki, bu işdə məqsəd ərazinin yaşıl örtüyünü daha da genişləndirmək, ekoloji mühiti sağlamlaşdırmaq, əməkdaşlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Tədbir zamanı 50-dən çox ağac əkildi, 100-dən çox ağaca aqrotexniki qaydada qulluq göstərildi, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparıldı, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırıldı.
Hafiz Təmirov,
polis mayoru
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"














