İngilis turist Bakıdan qayıdan kimi polis oldu – “Azərbaycan polisi əla iş görür”

Ölkəmizə xarici dövlətlərdən gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Hər dəfə onların ölkəmiz haqqında xoş sözlərini, fikirlərini də eşitməyə adət etmişik. İngiltərə vətəndaşı Freddie Fitchesin ölkəmiz barədə dedikləri doğrudan da çox təsirlidir. Xüsusən müəllifin Azərbaycandakı sabitliyə, əmin-amanlığa yüksək dəyər verməsini, hətta bundan ruhlanıb polis peşəsini seçməsini bildirməsi əslində hamımız üçün önəmlidir. Avtosfer.az məktubu qısa ixtisarla təqdim edir:
Azərbaycan Polisni ürəkdən salamlayıram!
Bildirmək istəyirəm ki, mən bu ilin mart ayında məzuniyyətimi Bakı şəhərində çox gözəl bir şəkildə keçirtdim. Burada təşkil olunan Novruz bayramı şənliklərini çox bəyəndim. Həmin tədbirlərdə polis əməkdaşlarının öz xidmətini olduqca təşkilatlanmış bir şəkildə aparmasını, vətəndaşlara və turistlərə qarşı səmimi və mehriban davranış sərgiləməsini görmək çox xoş idi.
Mən həmçinin bəzi yol polisi əməkdaşlarının hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün necə böyük əmək sərf etmələrinin şahidi oldum. Bu, mənim Bakıya ikinci səfərim idi və demək istəyirəm ki, sizin polisiniz asayişin və təhlükəsizliyin qorunması ilə bağlı vəzifələrinin öhdəsindən layiqincə gəlir. Mən cinayətkarlığın səviyyəsi çox yüksək olan Londonda yaşayıram və burada vətəndaşlar, xüsusilə də gənclər gündəlik həyatlarında müxtəlif təhlükələrlə üzləşirlər. Bakıda isə mən hətta gecə vaxtı özümü tamamilə təhlükəsiz hiss edirdim və anlayıram ki, bu, polis əməkdaşlarının və hökumətin böyük əməyi sayəsində mümkün olmuşdur.
Qeyd etmək istəyirəm ki, mən son bir neçə ildə Bakıda olarkən aldığım təəssüratlar və “Youtube” sosial şəbəkəsində izlədiyim xəbərlər sayəsində Azərbaycan polisinin böyük pərəstişkarına çevrilmişəm. Bütün rəsmi sosial media səhifələrində Azərbaycan polisinin fəaliyyətini izləyirəm. Orada deyilənlərin hamısını başa düşməsəm də, polis əməkdaşlarınızın hərəkətlərindən onların yüksək peşəkarlığı görünür. Mən, vətəndaşlarınızın da polis əməkdaşlarına hörmətlə yanaşdığını görürəm. Sizin, polis fəaliyyətinin belə yüksək standartlarını müəyyən etməyiniz möhtəşəmdir, gördüyünüz bütün işlərə görə sizə böyük ehtiram bəsləyirəm.
Azərbaycan polisi haqqında internetdə və səfərlərim zamanı aldığım təəssüratın nəticəsi olaraq mən bu yaxınlarda Böyük Britaniya polisində xidmətə qəbul oldum. və Azərbaycan dilini öyrənməyə başlamışam. Mənim həyatıma müsbət təsir göstərdiklərinə görə onlara ürəkdən təşəkkür edirəm. Azərbaycan Polisində xidmət edən hər kəsə: Siz hamınız əla iş görürsünüz. Sükanı belə saxla!
Əminəm ki, gələn il yenidən Bakıya gələcəyəm, çünki artıq Bakı mənim ən sevdiyim şəhərlərdən biridir!
Hörmətlə,
Freddie Fitches
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












