İsveçdə polis müfəttişi olan həmyerlimiz - FOTO

Bakı şəhərində anadan olmuş, sabah 30 yaşını qeyd edəcək Ramizə Sərdarova 18 il öncə ailəsi ilə birlikdə daimi yaşamaq üçün İsveçə köçüb.
R.Sərdarova gimnaziyanı Hüquq İqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirəndən sonra Malmö Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.
Karyerasına İsveç-Danimarka Sərhəd Polisi Xidmətində işləməklə başlayıb. 2017-ci ildə Malmö polisinin Çağrı Mərkəzinin ən yaxşı müfəttişi seçilib. Hazırda İsveçin Cənub bölgəsi Polisində iqtisadi cinayətlər üzrə müstəntiq işləyir. Ailəlidir, iki oğlu var.
Azərbaycanı erkən yaşlarından tərk etməsinə baxmayaraq, Ramizə vətənpərvərlik hissi və doğulduğu ölkəyə böyük sevgi ilə tərbiyə olunub.
O, öz övladlarını da vətənpərvər ruhda tərbiyə edir. Yaşlarının az olmasına baxmayaraq, uşaqlar Azərbaycan dilində bir neçə şeir öyrənib və hər il səbirsizliklə Bakıdakı qohumlarının ziyarət etməyi gözləyirlər.
Ramizə bizimlə söhbətində qeyd edib ki, o, Azərbaycanı tanıtmaq üçün çox maraqlı üsul tapıb.
Ramizə İsveçdə olarkən qoluna ulu öndər Heydər Əliyevin unudulmaz sözlərini döydürüb. Yazı Azərbaycan dilində həkk olunduğundan, təbii ki, ətrafdakıların marağına səbəb olur və beləliklə, bu ifadəni tərcümə edərək, Azərbaycan və həmin müdrik sözlərin müəllifi Heydər Əliyev haqqında danışmaq üçün çox əlverişli imkan yaranır.
Ramizə 30-cu doğum gününü, hər il olduğu kimi, ailəsi ilə birlikdə Bakıda qeyd etməyi planlaşdırmışdı, amma pandemiya ilə əlaqədar olaraq, təəssüf ki, bu il arzusunu həyata keçirmək mümkün olmayıb.
İndi Ramizə, ailəsi, xüsusilə uşaqlar çox darıxdıqları doğma Vətənlərini və doğmalarını görmək üçün səbirsizliklə sərhədlərin açılmasını gözləyirlər...
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












