Kamran Əliyev: "İki qurumun qayda pozuntusuna qarşı birgə mübarizəsi effektiv olacaq "

"Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmana əsasən, artıq yol polisi də bəzi xidmətləri yerinə yetirəcək".
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O, fərmandakı dəyişikliyi belə izah edib:
"Bilirsiniz ki, orada 346-cı, 346-1.2-dən 346-1.4-cü maddələrə qədər inzibati xətalara baxmaq səlahiyyəti yol polisi əməkdaşlarına da verildi. Yəni sürücülərin artıq Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarını, eləcə də parklama üsullarını pozan, əlillər üçün nəzərdə tutulan yerlərdə nəqliyyat vasitəsini saxlayan, eləcə də yük avtomobillərinin də parklama qaydalarının pozulması ilə bağlı inzibati xətalara baxmaq səlahiyyəti Daxili İşlər Nazirliyinin struktur bölməsi olan Dövlət Yol Polisi əməkdaşları da bu növ inzibati xətaları aşkar edəcəklər.
Əsas etibarilə, paytaxtda daha çox yaranan nəqliyyat sıxlığı dayanma-durma qaydalarının pozulması səbəbindən olanlardır. Bu müddət ərzində Bakı Nəqliyyat Agentliyi (BNA) kifayət qədər iş görsə də, çox təəssüf ki, həddən artıq çox avtomobil olduğuna və əməkdaşların sayı kifayət etmədiyinə görə, bu qədər dayanma-durma qaydalarını pozan sürücülərin həmin ərazidən kənarlaşdırılması, onların məsuliyyətə cəlb edilməsi məsələsini həll etmək mümkün olmurdu. Bakıda kifayət qədər DYP əməkdaşları yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir. Aydın məsələdir ki, artıq iki qurumun birgə bu növ qayda pozuntusuna qarşı mübarizə aparması daha effektiv olacaq. Düşünürəm ki, sürücülər də bundan məmnun qalacaqlar".
K.Əliyevin sözlərinə görə, fərmanın icrası tıxacların əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq: "Düşünürəm ki, bu dəyişiklikdən sonra istər-istəməz fərq olacaq. Çünki bu qədər inzibati xətalar əsas etibarilə kameralar vasitəsilə aşkar olunurdu. Düzdür, sürücülər məsuliyyətə cəlb edilsələr də, onların avtomobillərinin ərazidə qalması onsuz da, nəqliyyatın hərəkətində problem yaradırdı. Yəni avtomobil ərazidə yarım saat, bir saat qala bilir. Sürücü hətta məsuliyyətə cəlb olunsa belə, düşünür ki, avtomobil orada qala bilər. Amma DYP həmin şəxsləri məsuliyyətə cəlb etməklə yanaşı, həm də törətdiyi xətanın dərhal qarşısını alır. Bunun özü də artıq o yolda nəqliyyat axınının sərbəst getməsinə şərait yaradır və bununla da, şəhərdə yarana biləcək sıxlıqların qarşısı alınır".
BDYPİ rəsmisi bildirib ki, qurumlar arasında ərazi bölgüsü olmayacaq, iki qurum tərəfindən ümumi nəzarət həyata keçiriləcək.
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR












