Karantin dövründə texniki baxışdan keçməyənləri nə gözləyir?- AÇIQLAMA

Sərtləşdirilmiş xüsusi karantin dövründə avtomobillərin texniki baxışdan keçirilməsi məsələsinə yol polisi aydınlıq gətirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, dövri texniki baxış müddəti bitmiş nəqliyyat vasitələrinin sürücülərinə heç bir güzəşt nəzərdə tutulmayıb. Sürücülər idarə etdikləri avtomobilləri texniki baxışdan keçirtmək üçün SMS vasitəsilə icazə aldıqdan sonra olduqları yerə yaxın DYP-nin texniki baxış mərkəzlərinə getməli və avtomobillərini müvafiq qaydada texniki baxışdan keçirtməlidirlər.
Əgər texniki baxış zamanı sms icazənin vaxtı bitərsə, avtomobil texniki baxışdan keçirildikdən sonra həmin şəxsin yaşayış yerinə qayıtması üçün əlavə 2 saat vaxt veriləcək. Bu 2 saatlıq icazə isə SMS icazə sisteminə yerləşdiriləcək.
Təbriz
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












