Yol polisi karantin postlarının yaradılacağı əraziləri açıqladı

Dekabrın 14-dən etibarən Azərbaycan ərazisində beş şəhər və 12 rayonda giriş-çıxışlara məhdudiyyət qoyulacaq. Bu barədə Avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib. O bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həmin ərazilərə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq: “Quraşdırılan postlardan yalnız operativ nəqliyyat vasitələrinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) avtomobillərinin hərəkətinə icazə veriləcək, digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Nazirlər Kabineti yanında operativ qərargahın fəaliyyətinə icazə verilən sahələrin əməkdaşları və nəqliyyat vasitələri isə yalnız e-icaze.gov.az portalından qeydiyyatdan keçməklə hərəkət edə bilərlər”.
Şöbə rəisi bildirib ki, bununla yanaşı, dekabrın 14-dən etibarən həmçinin, sərt karantin tətbiq edilən beş şəhər və 12 rayonun ərazisində də hərəkət məhdudiyyəti tətbiq ediləcək:
“Həmin ərazidə yaşayan və fəaliyyətinə icazə verilməyən şəxslər yalnız sms - icazə ilə yaşayış yerini müvəqqəti tərk edə bilərlər. Bunun üçün də həmin şəhər və rayonların ərazisində karantin - nəzarət postları quraşdırılacaq. Postlar dekabrın 14-də saat 00:00-dan fəaliyyətə başlayacaq”.
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK












