Məktəblilər narkomaniyanın fəsadları barədə maarifləndirildi - FOTO

Şuşa Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən rayonun Quşçular kənd tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən polis əməkdaşları narkotik vasitələrin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükələrdən bəhs edib. Narkomaniyaya qurşananların bu bəladan uzaqlaşmaqda çətinlik çəkdiyi, bir çox insanın yaşadığı acı sonluq diqqətə çatdırılıb. Şagirdlərə gələcəkdə mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri istiqamətində tövsiyələr verilib. Daha sonra diskussiya şəraitində davam etdirilən tədbirdə mövzu ətrafında şagirdlərin ünvanladığı bütün suallar cavablandırılıb.
Həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Alar kənd 1, 2 və 3 nömrəli tam orta məktəblərin şagirdləri ilə "Narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda görüş keçirilib.
Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev çıxışında istər narkomaniya, istərsə də erkən nikahların səbəb olduğu fəsadlar və acı nəticələrlə bağlı məktəblilərə geniş məlumat verib.
Tədbirdə həmçinin, müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, məktəblilərin sualları cavablandırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















