Mingəçevirdə məktəblilər narkomaniyaya qarşı maarifləndirildi - FOTO

Mingəçevir şəhər 14 saylı tam orta məktəbdə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, polis əməkdaşları, müəllimlər və IX-XI sinif şagirdlərinin iştirak etdiyi tədbirdə narkotik vasitələrin zərərlərindən, onun aludəçisi olmuş şəxslərin acınacaqlı taleyindən danışılıb.
Şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxışında narkomanlığın fəsadları, cəmiyyət üçün yaratdığı problemlər barədə ətraflı məlumat verib, ölkəmizdə “ağ ölüm”ə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən söz açıb.
Daha sonra çıxış edən Polis Akademiyasının əməkdaşı Rəhim Cabbarov yeniyetmələri gələcək həyatlarında da zərərli vərdişlərdən uzaq olmağa çağırıb, eyni zamanda III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verib.
Sonda məktəblilərin sualları cavablandırılıb və videoçarx nümayiş olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














