Mingəçevirdə polisin tələbinə məhəl qoymayan sürücü həbs olundu - FOTO - VİDEO

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini Rəşad Zeynalov idarə etdiyi “VAZ-2107” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı R.Zeynalovun sürücülük hüququnun olmadığı da müəyyən edilib. Ona törətdiyi qayda pozntuları izah olunsa də, ancaq sürücü polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb.
Həmin şəxs polis şöbəsinə dəvət edilib və sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə etdiyinə, eləcə də avtomobildə əlavə konstruksiya dəyişikliyinə yol verdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub. Polis əməkdaşının qanuni tələbinə məhəl qoymadığı üçün isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə R.Zeynalov barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















