Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman elə şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi də məlum olub. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib.
Sürücü Vasif Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilərək, cərimə olunublar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












