“Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda ictimai dinləmə təşkil edilib - VİDEO

Martın 3-də Daxili İşlər Nazirliyi yanında İctimai Şura tərəfindən polis əməkdaşlarının iştirakı ilə “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda ictimai dinləmə təşkil edilib.
Tədbirdə İctimai Şuranın üzvləri, Nazirliyin aidiyyatı Baş İdarəsinin əməkdaşları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, digər hüququ mühafizə orqanlarının və müxtəlif Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib ki, bu gün bəşəriyyəti narahat edən mühüm məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.
Tədbirdə çıxış edən polis əməkdaşları qeyd ediblər ki, ötən il qeyri-leqal dövriyyədən 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan artıq narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilib. Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğat məqsədyönlü davam etdirilib, ölkədə narkotiklərə olan tələbatın azaldılması sahəsində profilaktik tədbirlər görülüb. Bu vacib sahədə işin vətəndaş cəmiyyəti və media nümayəndələri, sosial şəbəkə istifadəçiləri ilə əlaqəli aparılması təmin edilib.
İctimai dinləmədə çıxış edən digər iştirakçılar narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün cəmiyyətin hər bir təbəqəsinin birgə fəaliyyətinin mühüm olduğunu vurğulayıblar. Həyata keçirilən antinarkotik tədbirlərin, sosial layihələrin daha da geniş tamaşaçı auditoriyasına çatdırılması üçün profilaktik işin daha gücləndirilməsinin zəruriliyini qeyd ediblər.
Tədbirdə həmçinin narkomaniyanın qarşısının alınması üçün maarifləndirmə işinin daha da gücləndirilməsinə, QHT-lərin resurslarının artırılmasına, birgə koordinasiyanın təşkilinə və digər vacib məqamlara da toxunulub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













