Paytaxtı bir-birinə qatan nömrəsiz motosiklet sürücüsü həbs olundu - FOTO

Mayın 31-də saat 19:03 radələrində "Pajang" markalı, dövlət nömrə nişanı çıxarılmış motosiklet sürücüsü müxtəlif üsullarla paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində avtoxuliqanlıq hərəkətləri edib. Avtosfer.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən motosiklet sürücüsü dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq əhalinin dincliyini pozub.
DYP əməkdaşları Süleyman Rəhimov və Rəşid Behbudov küçələrinin kəsişməsində süni tıxac yaradaraq sürücünü saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, sürücü Abbasov Nurəddin Şahin oğludur. Sürücü aidiyyəti üzrə Nəsimi RPİ-nin 22-ci polis bölməsinə təhvil verilib.
Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim olunub.
Məhkəmənin qərarına əsasən o, 1 il sürücülük hüquqdan məhrum olunmaqla 20 gün müddətində inzibati qaydada həbs edilib.
Fərid
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ
Şəhidlərin xatirəsinə həsr olunan cüdo çempionatı keçirilib - FOTO - VİDEO
Yol polisi sürücülərə xəbərdarlıq etdi - VİDEO












