Polis idmançılar Vətənimizi dünyada layiqincə təmsil edirlər - FOTO

DİN İdman Cəmiyyətində “Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü” nə həsr olunmuş DİO əməkdaşları arasında silahsız özünümüdafiə üzrə keçirilən çempionatdan qalib ayrılan idmançımızla Azərbaycanda Bədən Tərbiyəsi və İdman günündə görüşüb təəssüratlarını öyrəndik.
Peşəkarlara xas səbrlə və səmimiyyətlə suallarımızı cavablandıran polis kapitanı Abbas Tuncun adı idmançılara yaxşı tanışdır. Onun soyadı və atasının adı isə qəhrəmanlıq salnaməmizə əbədi yazılıb. O, Azərbaycanın Milli Qəhrəmanı İsmayıl Tuncun və polis polkovniki Mətanət Tuncun ailəsində dünyaya göz açıb.
İdmanı həyatında ən önəmli mərhələ hesab edən həmsöhbətimiz qazandığı uğurların təməlində ailəsinin dəstəyi ilə yanaşı, iradəsinin, əzmkarlığının da köməyinə çatdığını deyir: “Əvvəllər fərqli idman növlərində gücümü sınayırdım. Orta məktəb illərində idmançı kimi bir çox nailiyyətlərim olsa da, DİN İdman Cəmiyyətinə gəlişimdən sonra hiss etdim ki, kor-koranə şəkildə itirdiyim enerji burada məşqçilərimin köməyi ilə bərpa olundu və mən uğurlarımı davamlı etmək üçün, sözün əsl mənasında, gecəli-gündüzlü məşq etməyə başladım. Kikboksda nəticələrim respublika səviyyəsində yüksək olduğundan məşqçilərimin məsləhəti ilə beynəlxalq turnirlərə qatılıb, adımı qaliblər sırasına yazdırmağı bacardım. Serbiyada, Macarıstanda ölkəmizi layiqincə təmsil etdim. İspaniyada dünya çempionu adını qazananda isə sevincimin həddi-hüdudu yox idi. Yad ölkədə bayrağımızı dalğalandıran, himnimizi səsləndirən idmançıların cərgəsinə mən də qoşulmuşdum. Əldə etdiyim uğurlara görə Kikboks üzrə Gənclər və Yeniyetmələr üzrə Milli Yığma Komandanın baş məşqçisi, Əməkdar məşqçi, polis baş serjantı Hikmət Hacıyevə minnətdarlığımı bildirirəm”…
Qeyd edək ki, polis kapitanı Abbas Tunc ötən ay İstanbulda kikboksing K1 və muay tay növləri üzrə keçirilən çempionatda Dylan Bronnunu məğlub edərək dünya kəmərinin sahibi olub.
Ruslan Vəliyev,
polis baş leytenantı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















