Polis polkovnik-leytenantı Eduard Məmmədovdan daha bir qələbə - FOTO

Xəbər verildiyi kimi, may ayının 16-dan 19-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində kikboksinq üzrə WAKO - 25-ci Dünya Kuboku keçirilib. 3 mindən artıq idmançının qatıldığı bu mötəbər yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.
Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, əməkdar idman ustası Eduard Məmmədov inamlı mübarizə aparıb.
Təmsilçimiz çəkisi 63 kiloqramadək olan veteran idmançılar arasında üç döyüş keçirib. Fransalı idmançı ilə qarşılaşan E.Məmmədov döyüşə üstünlüklə başlayıb və sonadək bu tempi davam etdirib. Daha sonra rumın və macar idmançıları da məğlub edən kikboksçumuz dünya kuboklarının sayını 7-yə çatdırıb. Bu yarış E.Məmmədovun yeniyetmə və gənc yetirmələri üçün də uğurlu olub. Belə ki, onlar ümumilikdə millimizin medal mücrüsünə 5 medal əlavə ediblər. Onlardan Amin Quliyev, Nicat Ələkbərli qızıl, Renat Qiyaslı, Nihad Kərimli və Elvin Məmmədov isə bürünc medal qazanıblar.
Onu da qeyd edək ki, A.Quliyev həm dünya çempionu, həm də dünya kubokunun sahibidir.
Xatırladaq ki, polis polkovnik-leytenantı E.Məmmədov idmanın kiqboksinq növü üzrə 23 dəfə dünya, 7 dəfə Avropa, Asiya və Avrasiya çempionudur.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















