Polis, sərxoş olub yolda və səkidə yatanlara müraciət etdi

Yaponiyada Okinava prefekturasının polisi, yerli sakinlərə sərxoş vəziyyətdə yolda və səkidə yataraq qəzaya səbəb olmamaları barədə müraciət edib. Avtosfer.az “The Mainichi” portalına istinadən xəbər verir ki, prefektura polis rəisi Tadataki Miyadzava, alkoqollu içki qəbul edən insanların gah səkidə, gah da ki yolun hərəkət hissəsində yatdıqlarını bildirib: “Ancaq belə məsuliyyətsizlik sonda faciəyə gətirib çıxara bilər”.
Onun sözlərinə görə, ötən il sürücülər 16 belə sərxoş insanı vurub, onlardan 3-ü aldığı xəsarətlərdən ölüb, bir çoxlarının isə bəxti gətirib: “Kimisi özü ayılıb gedir, kimisini isə polis aparır”.
Tadataki Miyadzava qeyd edib ki, hətta, bir neçə sərxoş qızın soyunaraq, yolu “sevimli çarpayı”sı kimi qəbul edib yatdığının da şahidi olublar: “Bu cür hallarla bağlı polis yalnız xəbərdarlıqla kifayətlənmir, daha bir mübarizə yolu da var: cərimə. Qayda pozanlar inzibati məsuliyyətə cəlb olunaraq, əməkdaşlarımız tərəfindən barələrində protokollar yazılır və 50 min yen (805 manat) məbləğində cərimə olunurlar.
Qeyd edək ki, ötən il prefektura ərazisində 7 minə yaxın belə hal qeydə alınıb. Bu ilin ilk altı ayında isə bu 2702 nəfər olub.
Namiq Musayev
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












