Polis tıxacın qarşısını almaq üçün yeni üsuldan istifadə edib - VİDEO

Bakı şəhərində polis tıxacın qarşısını almaq üçün yeni bir üsuldan istifadə edib.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, yol polisi əməkdaşı maşını yolun ortasında saxlayaraq, tıxacın qarşısını almağa çalışır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-a açıqlamasında bildirib ki, polisin bu hərəkətlə tıxacın qarşısını alması ilə bağlı səslənən fikirlər boş iddialardır:
“DYP əməkdaşı heç vaxt maşını yolun ortasında saxlayıb yolu kəsmir. Bu, yol kəsmək deyil, əksinə, mərkəzə doğru hərəkət edən nəqliyyat axınını yolun ötürücülük qabiliyyətinə uyğun mərhələli şəkildə tənzimləməkdir. Polis lazım olduğu hallarda xidməti həyata keçirib, hər hansısa bir yolda hərəkəti dayandıra bilər. Orada maşınları şəhərə mərhələ-mərhələ buraxırlar ki, şəhərdə sıxlıq nəticəsində tıxac yaranmasın. Yəni nəqliyyatın hərəkət sürəti sıfıra düşməsin, fasiləsizlik pozulmasın”.
“Hər hansısa yol bağlandıqda hərəkət dəyişdirildikdə isə bu barədə öncədən ictimaiyyətə məlumat təqdim edirik. Necə ki, bir neçə gün əvvəl artıq biz beynəlxalq əhəmiyyətli tədbirlə bağlı bütün hərəkət marşrutları barədə məlumatı yaymışdıq”, - deyə o qeyd edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












