Polis turistin itirdiyi şəxsi əşyaları taparaq qaytarıb - FOTO

UEFA Avropa liqasının final oyununda İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyununu izləmək üçün Bakıya gələn irlandiyalı turist Horan Philipin itirdiyi şəxsi əşyaları tapılaraq ona qaytarılıb.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən İrlandiya Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Horan Philip naməlum vəziyyətdə əl çantasını unutduğunu bildirib və onun tapılması üçün kömək istəyib.
Dostları ilə dövlət qeydiyyat nişanını unutduğu taksi ilə hərəkət etdiyini bildirən qonaq müraciətində qeyd edib ki, gecə saatlarında Nəsimi rayonu, Xətai prospektində qaldığı otelə gələrkən içərisində “Nikon” fotoaparatı, “İphone” qol saatı və “İphone-X” model mobil telefonu olan əl çantasının üzərində olmadığını aşkar edib. Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin birgə keçirdiyi müvafiq tədbirlərlə turistin getdiyi bütün ünvanlar araşdırılaraq, itən əşyaların taksidə qaldığı müəyyən olunub. Taksi sürücüsündən həmin əşyalar təhvil alınaraq sahibinə qaytarılması təmin olunub.
Horan Philip hadisədən sonra 18-ci Polis Şöbəsində ona göstərilən diqqətə, polisin ona həyatı boyu unutmayacağı köməklik göstərdiyinə, operativ xidmətinə və fədakarlığına görə, minnətdarlıq edib. Azərbaycanda təhlükəsziliyin yüksək səviyyədə qorunduğunu qeyd edən turist bildirib ki, bu, bir avropalıda Azərbaycan, Bakı haqqında yüksək təəssürat yaradır. Əbu-Dabi universitetində informasiya texnologiyaları üzrə müəllim işləyən Horan Philip gəldiyi ilk gündən polisin turistlərə necə rəftar etdiklərini, UEFA Avropa Liqasının final oyununda təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. Bildirib ki, çoxsaylı azarkeşlər üçün ən yüksək nümunəvi xidməti ilə fərqlənən polisin davranışı, geyimi, ünsiyyət qabiliyyəti o qədər yüksək səviyyədə idi ki, bu barədə yalnız xoş sözlər danışmaq olar.
Horan Philip əlavə edib ki, Bakı haqqında həmişə gözəl sözlər eşidib və bir daha bunun şahidi olub. O, bütün dostlarına və tanışlarına Bakıda gördükləri, yaşadıqları və polislərin ona göstərdikləri köməklik barədə danışacağanı bildirib.
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi










