Polisə tabe olmayan iki nəfər həbs edildi

Naxçıvanda polisin qanuni tələbinə tabe olmayan 2 nəfər inzibati həbs olunub.
Şərur RPİ-nin Dövlət Yol Polisi qrupunun əməkdaşları tərəfindən Şərur şəhərində keçirilən profilaktiki tədbir zamanı saxlanılan “VAZ-2107” markalı avtomobilin sürücüsünün sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi məlum olub.
Avtomobil müvəqqəti duracağa aparılarkən sürücü, Şərur rayon sakini Mahir Cabbarov və qardaşı Azadi Cabbarov polis əməkdaşlarının qanuni tələbinə tabe olmadıqlarından onlar Şərur Rayon Polis İdarəsinə aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub.
Şərur rayon məhkəməsinin qərarı ilə M.Cabbarov 8 gün, A.Cabbarov isə 10 gün müddətinə inzibati qaydada həbs olunublar. (report)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












