Polislər Qarabağ qazisinə evində yeni şəxsiyyət vəsiqəsi təqdim etdi - FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon ərazisində yaşayan İkinci Qarabağ müharibəsi qazilərini ziyarət edir, onların qayğısına qalır, problemləri ilə maraqlanırlar.
Şöbə əməkdaşları rayonun Xaspoladoba kəndində yaşayan qazi Sənan Əhmədovla görüşən zaman isə onun torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə yaralanan zaman üzərində olan müvafiq sənədlərini, eləcə də şəxsiyyət vəsiqəsini itirdiyi barədə məlumat alıblar. Şöbə əməkdaşları dərhal bu məsələyə operativ reaksiya veriblər. Qazimizin evdə müalicə olunduğu nəzərə alınaraq, RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinin əməkdaşları bütün lazımi tədbirləri onun yaşadığı evdə yerinə yetirərək, ilkin sənədləri toplayıblar. Bir gün sonra isə Xaçmaz RPŞ-nin rəis müavini Vüqar Orucov və bölmə rəisi Elçin Əliyev qazi Sənan Əhmədovu yenidən ziyarət edərək, ona evində yeni şəxsiyyət vəsiqəsini təqdim ediblər. Daha sonra isə polislər onunla xatirə şəkli çəkdiriblər.
Görüşün sonunda Sənan Əhmədov ona göstərilən bu diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə, Xaçmaz RPŞ-nin kollektivinə öz minnətdarlığını bildirib.
Bildirmək istəyirik ki, Xaçmaz rayonu Xaspoladoba kənd sakini 1997-ci il təvəllüdlü Sənan Əhmədov 2018-ci ilin fevral ayından Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissənin Kəşfiyyat Bölüyündə xidmət edir. Döyüşlər başlayan ilk günlərdən kəşfiyyatçı kimi bir sıra ağır döyüşlərdə mərdliklə döyüşüb, kənd və qəsəbələrin işğaldan azad olunmasında iştirak edib. 7 noyabr tarixində isə gecə saatlarında Şuşa şəhərinin azad olunması uğrunda aparılan döyüşlərdə yaralanıb.
Sənan Əhmədov dövlət rəhbərimizin sərəncamları ilə “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK














