Pul alıb rayonlara adam "keçirənlər" tutuldu

Dekabrın 29-da, saat 15 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş xüsusi karantin postunda Quba rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil saxlanılıb. Araşdırmalar zamanı sürücü Nəsimi Əliyevin müvafiq icazəsi olmadığından avtomobil Bakı şəhəri istiqamətinə geri qaytarılıb.
Lakin sonradan müşahidə kameraları vasitəsilə həmin avtomobilin Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməsi aşkar edilib və saat 18 radələrində nəqliyyat vasitəsi saxlanılıb.
Araşdırmalar zamanı N.Əliyevin Sumqayıt şəhər sakini Balami Hüseynov tərəfindən 120 manat müqabilində karantin postundan kənar yollarla Xızı rayonu ərazisindən keçirilməsi müəyyən edilib.
Həmin gün vətəndaş Paşa Abdullayev də idarə etdiyi “Renault” markalı avtomobillə Xızı rayonu ərazisindən karantin postundan kənar yollarla keçdiyi müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun da B.Hüseynov tərəfindən 100 manat müqabilində karantin postundan kənar yollarla keçirilməyə cəhd göstərməsi müəyyən edilib.
Hər iki sürücü və B.Hüseynov saxlanılaraq inzibati qaydada həbs olunublar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












