Qadın polisimiz ştanq qaldırıb qızıl medal qazandı - FOTO

Bu yaxınlarda “AAAF Park” Kompleksinin “Zirvə” idman sarayında Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda 15 rayonu təmsil edən 20 klubun heyətində 150-yə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparıb. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran təmsilçiləri də mübarizəyə qoşulublar. İsmayıllı RPŞ-nin əməkdaşı Kamil Qafarov çəkisi 90 kiloqrama qədər olan idmançılar arasında 220 kiloqramlıq ştanqı qaldıraraq “bençpress” hərəkətində yarışın mütləq çempionu adını özündə saxlayıb.
Səbail RMİ-nin əməkdaşı Razim Hüseynov çəkisi 125 kiloqrama qədər olan idmançılar arasında qızıl medal qazanıb. Millimizin “ağır artilleriyası” sayılan təmsilçimiz çiynində 340 kiloqram ştanqla oturub-qalxıb, 250 kiloqramı sinədən qaldırıb, 330 kiloqramı isə qurşağa qədər dartaraq pauerliftinq üzrə mütləq çempion olub.
Digər təmsilçimiz, Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı Roman Əhmədov da inamla çıxış edib. O, çəkisi 82 kiloqramadək olan idmançılar arasında çiynində 187 kiloqramlıq ştanqla oturub qalxıb, 140 kiloqramı sinədən qaldırıb, 250 kiloqramı isə qurşağadək dartıb. Bu nəticə ilə o, finaladək irəliləyərək gümüş medal qazanıb.
Bu idman növü ölkəmizdə kişilərlə yanaşı, qadınlar arasında da populyarlaşmaqdadır. Hər il keçirilən ölkə çempionatlarında belə deyək, “zərif güclü”lərimizin sayının və göstərdikləri nəticələrin artması bunu bir daha təsdiq edir.
Sa¬bun¬çu RPİ-nin kadr və pe¬şə ha¬zır¬lı¬ğı üz¬rə baş ins¬pek¬to¬ru, polis baş leytenantı Ədi¬lə Qur¬ba¬no¬va da bu yarışda adını növbəti dəfə çempionlar sırasına yazdırıb. Əvvəllər dəfələrlə karate üzrə dünya və Avropa çempionu olmuş təmsilçimiz qadınlar arasında ştanqı qurşağadək dartma (deadlift) hərəkətində 145 kiloqram çəkinin öhdəsindən gələrək yarışın qızıl medalını qazanıb.
Yarışların idarə olunmasında Samux RPŞ-nin əməkdaşı, Pauerliftinq Federasiyasının vitse prezidenti, dünya və Avropa çempionu Rüfət Ağayev yaxından iştirak edib.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO











