Qayda pozub cərimələnən sürücü polisə böhtan atdı - FOTO - VİDEO

Qayda pozduğu üçün cərimələnən sürücü sosial şəbəkədə yol polislərini qərəzli şəkildə ittiham edib.
Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Ramin Əbilov adlı şəxs öz "Facebook" hesabında yazaraq bildirib ki, dekabrın 5-i paytaxtın Babək prospektindən Bakı kinoteatrı istiqamətinə gedərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün 99-YP-341 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajları tərəfindən dayandırılıb. Qayda pozuntusu izah olunduqdan sonra yol polisi protokol yazmaq istəyərkən, o qonşu ölkə olan Gürcüstanda polislərin belə vəziyyətdə xəbərdarlıq etdiyini bildirib.
Lakin polis əməkdaşı sürücünün hərəkətində qayda pozuntusunu aşkar etdiyi üçün ölkəmizin mövcud qanunvericiliyinə uyğun şəkildə ona protokol tərtib edib.
Sürücü cərimələndiyini görüb avtomobildən düşərək polisləri kameraya çəkməyə başlayıb. Həmin görüntünü isə sosial şəbəkədə paylaşaraq insanlarda polisə qarşı pis fikir formalaşdırmağa və polisin fəaliyyətinə kölgə salmağa başlayıb.
Ramin adlı sürücü yazdığı yazının sonunda polislərin onu şantaj etməsini qeyd edib. İzləyicilərdən biri isə polisin hansı formada şantaj etdiyini ondan soruşan zaman, o qeyd edib ki, "mən maska taxdığım halda polis mənə cərimə yazacağını bildirdi. Bu şantaj deyil?"
Videogörüntüdə aydın şəkildə görünür ki, polis əməkdaşı neçə dəfə onu görüntüyə baxmağa dəvət edərək maska taxmadığını bildirib. Lakin sürücü polisin təqdim etdiyi görüntüyə baxmadan YPX avtomobilindən kənarlaşır.
Ramin Əbilov polisin maska taxmamasını əsas gətirərək onların da qanunu pozduğunu bildirib. Amma videogörüntüdən və polisin dediyindən göründüyü kimi sürücüyə yaxınlaşan əməkdaş qoruyucu maskadan istifadə edib. Digər əməkdaş isə xidməti avtomobildə tək olduğundan qoruyucu maskadan istifadə etməyib. Elə qanunun tələbində də avtomobildə tək olan zaman qoruyucu maska nəzərdə tutulmayıb. Yəni əməkdaşların heç biri qanunu pozmayıb.
Bütün baş verənlərdən aydın olur ki, cərimə haqlı şəkildə yazıldığı üçün o, polisdən acığını bu formada çıxmağa çalışıb.
Təbriz
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi
Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP











