Qəza törədən "Galendewagen" sürücüsünün ŞOK GÖRÜNTÜLƏRİ - Həbs olundu - VİDEO

Martın 29-u paytaxtın Səməd Vurğun küçəsi ilə, Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində svetoforun qırmızı işıqda hərəkət edərək yolayrıcında qəza törədən paytaxt sakini Rüfət Qocayev hadisənin təfərrüatları barədə Avtosfer.az-a danışıb.
Rüfət bildirib ki, özünə məxsus 10 ZO 211 dövlət nömrə nişanlı, "Galendewagen" markalı avtomobil ilə məşqə gedirmiş. "Yol boş olduğu üçün yanımda əyləşən dostum yolu kameraya çəkirdi. Yolun sol tərəfində dostumun dükanı var. Ona tərəf baxırdım. Bu zaman sağdan gələn avtomobil bizi vurdu. Həmin vaxt işıqforun qırmızı işığını görməmişəm."
Sürücü bildirib ki, sosial şəbəkələrdə yayılan videoda "gör indi qaqan nağarajax" sözü onlara aid deyil. Sonradan videoya montaj edilib. "Əslində mən hər hansı qayda pozmaq niyyətində olmamışam. Sadəcə sükan arxasında diqqətsiz olmuşam. Səhvim odur ki, orda piyadaya yol verməli idim. Əməlindən peşmanam ki, qəza törətmişəm. İstəməzdim belə olsun. Yaxşı ki, yolda adam olmayıb. Kiməsə zərər vuran bilərdim. Ümumi olaraq demək istəyirəm ki, hansısa qəsdən qayda pozmaq, yaxud avtoxuliqanlıq etmək niyyətim olmayıb. Düzdür sükan arxasında diqqəti olmalı idim. Yəqin ki, bir daha bu cür səhvlər etmərəm."
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, İdarənin əməkdaşları sürücünün müxtəlif vaxtlarda hərəkət trayektoriyasını təhlükəsiz şəhər kameraları vasitəsilə aşkar ediblər. "Məlum olub ki, sürücü bir neçə dəfə də qaydaları pozub. Hətta, aeroport yolunda digər bir avtomobil ilə sanki yarışıb. Amma sürücü bildirib ki, o şəxsi tanımır və yarış məqsədi ilə avtomobil idarə etməyib."
Qeyd edək ki, sürücü barəsində yol polisi tərəfindən inzibati qaydada protokol tərtib olunub. Amma videogörüntülər sosial şəbəkələrdə yayılandan sonra ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Eyni zamanda sürücünün digər əməlləri də ağırlaşdırıcı hal kimi qəbul olunub. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Rüfət Qocayev barəsində bir il sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətində inzibati həbs tədbiri seçilib.
Xatırladaq ki, 29 mart, saat 12 radələrində Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb. Hadisədə işıqforun qırmızı işığında aşkar şəkildə hərəkət edən 10 ZO 211 dövlət nömrə nişanlı, "Mercedes Galendewagen" markalı avtomobilin sürücüsü Qocayev Rüfət Həsənoviç Vəliyev Zaur Eldar oğlunun idarə etdiyi 90 VB 101 dövlət nömrə nişanlı, "Mercedes ML" markalı avtomobilin ilə toqquşub.
Fərid
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi










