Qonaqlığa gedən “COVID-19” xəstəsi yol polisi tərəfindən belə tutuldu - FOTO

Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib. DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları İmamzadə-Tatlı istiqamətində hərəkətdə olan “VAZ 2107” avtomobili saxlayıblar.
Yoxlama zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan, izoliyasiya olunaraq ev şəraitində müalicə olunmalı olan, Göyçay rayon sakini Vüsal Babayevin yaşayış yerini tərk edərək Samux rayonuna gəldiyi müəyyən edilib. O, Samux rayonuna qonaqlığa gəldiyini bildirib
V. Babayev hüquqi izah verilərək, ev şəraitində müalicə olunması üçün yaşadığı ünvana geri qaytarılıb.
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə yaşadıqları evi tərk edən rayon sakinləri Pakizə Məmmədova və Azər Abdullayevi aşkarlayaraq evə qaytarıblar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












