Quba sakini polisin bu hərəkətindən təsirlənib görün nələr yazdı - FOTO

Bu yazını Quba rayon sakini Avtosfer.az-a ünvanlayıb. Yazını olduğu kimi təqdim edirik:
Mən Quba rayonu sakini olan yaşlı bir insanam. Bu məktubum isə Azərbaycan polisinin fədakar xidməti ilə bağlıdır.
Bildiyimiz kimi hal-hazırda bütün dünyada olduğu kimi dövlətimizdə də Covid19 pandemiyası ilə əlaqədar təxirə salınmaz tədbirlər həyata keçirilir. Bu “müharibədə” əsas güc isə əziz həkimlərimizin və gecə-gündüz xidmət aparan polislərimizin çiyinlərinə düşür. Bütün bölgələrdə polis əməkdaşları var gücləri ilə çalışır, bizlərin sağlamlığımız üçün bütün tədbirləri görürlər. Bu gün gördüyüm mənzərə isə tamam fərqli idi və məni çox qürurlandırdı. Mən ərzaq almaq üçün icazə ilə marketə gedirdim. Bu zaman prospektin yuxarı hissəsindən bir polis əməkdaşının köməksiz vəziyyətdə olan rayonun sakinini əlil arabası ilə evinə qədər apardığını gördüm. Onunla səmimi söhbət edir, bu çətin günlərdə onun kədəri unutmasını istəyirdi. Bəlkə də kim olduğunu ümumiyyətlə bilmir, amma o polis əsl fədakarlıq göstərirdi. Həqiqətən onun bu hərəkəti mənə çox təsir etdi və bir daha polisimlə fəxr etdiyimə görə yanılmadığımı hiss etdim. Rayon sakinlərində isə həmin polisin adının Bəhruz olduğunu öyrəndim. Çox sağ olsun, var olsun. Mən sizin vasitənizlə bir daha Azərbaycan polisinə bizim sağlamlığımız üçün etdiklərinə görə öz təşəkkürümü bildirirəm.
Rayon sakini tərəfindən göndərilən məktubdakı polis əməkdaşı Quba RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Bəhruz Hacıyevdir.
Emin
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO













