Rövşən Tağıyev: “Sosial platformada qayda pozuntusuna dair yayılan videogörüntülər araşdırılır”

“BDYPİ tərəfindən bütün sosial platformalarda yayılan videogörüntülər araşdırılır və həmin şəxslər barəsində qanunamüvafiq formada ölçü götürülür. Təəssüf doğuran məqam isə məsuliyyətə cəlb ediləcəklərini bilə-bilə insanların bu qayda pozuntularını etmələridir”.
Bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev son dövrdə qəzaların artmasının səbəblərindən danışarkən deyib.
O bildirib ki, sosial platformada qanun pozuntusuna yol verən sürücünü dəstəkləyən insanlar görürük: “Bu, böyük təəssüf doğurur. İnsan səhv etdiyi zaman bunun fərqinə varmalıdır ki, təkrar etməsin. Səhv edən insanın səhvini düzgün hərəkət kimi təqdim etməyə çalışmaq, ona dəstək olmaq cəmiyyəti uçuruma aparır”. (oxu.az)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












