Salyanda ağır qəza: yol polisi qan verərək azyaşlını xilas etdi - FOTO

İyunun 6-da Bakı-Astara-İran sərhəddi yolunun 80-ci kilometrində ağır yol nəqliyyat hadisəsi baş verib. Feyzulla Husu oğlu Ələkbərovun idarə etdiyi 85 BS 709 dövlət nömrə nişanlı, "Qazel" markalı avtomobil ilə Qasım Feyzullayevin idarə etdiyi 90 LK 044 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobil toqquşub. Hadisəyə səbəb "Hyundai" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi göstərilir. Nəticədə "Hyundai Santa Fe" markalı avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı Esmira Feyzullayeva və 14 yaşlı oğlu Nurlan Feyzullayev xəsarət alıb. Yaralıları təcili olaraq Salyan rayon mərkəzi xəstəxanasına çatdırıblar. Orada uşağın vəziyyətinin ağır olduğu və təcili qan köçürülməsi lazım olduğu bildirilib. Bu zaman Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşı, polis serjantı Cavid Elşən oğlu Musayev könüllü olaraq yaralıya qan verib. Həkimlər ondan 500 qram qan götürərək azyaşlının həyatını xilas ediblər. Bu gün həmin yaralı Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb. Həkimlərin dediyinə görə, uşağın vəziyyəti getdikcə normallaşır. Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis mayoru Qulu Quliyev Avtosfer.az-a bildirib ki, tağımın əməkdaşı Cavid Musayev öz xidmətini ləyaqətlə yerinə yetirib və yaralıya lazimi tibbi yardım göstərilməsinə görə əlindən gələni əsirgəməyib. "Bu bizim həm polis, həm də vətəndaş olaraq borcumuzdur. Çox sevinirik ki, əməkdaşımızın sayəsində bir nəfərin həyatı xilas edilib."
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















