Samuxda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunublar

Samuxda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Samux RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirirlər.
Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Araşdırmalar zamanı 3 sürücünün sükan arxasına alkoqollu içki qəbul etmiş vəziyyətdə əyləşməsi aşkar edilib. Bundan başqa VAZ-2107 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan, Gəncə şəhər sakini Ə.Zeynalov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, Ə.Zeynalovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Qayda pozan sürücülər dərhal idarə etmədən kənarlaşdırılıblar və barələrində qanuna müvafiq tədbir görülüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












