“Satılır” sözünə görə heç bir sürücü cərimə olunmayacaq” - DYP-dən cavab

Avtomobillərin üzərində “satılır” sözü yazanların cərimə edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara Baş Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib. Avtosfer.az xəbər verir ki, idarənin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, məlumatlar onun adından yayılsa da, o, son bir ildə bu haqda heç bir media qurumuna açıqlama verməyib: “Mən belə bir açıqlama verməmişəm. Ola bilsin ki, 3-4 il əvvəl avtomobillərin üzərinə “Satılır” sözü yazıb piyada səkilərində uzun müddət saxlayan piyadaların hərəkətinə maneə olan sürücülərlə bağlı açıqlamamdan istifadə ediblər. O zaman isə mən maşınların səkidə saxlanmasına görə cərimələnməsi haqda danışmışam.
Reklam məsələləri “Reklam haqda” qanunla tənzimlənir. “Satılır” sözünə görə heç bir sürücü cərimə olunmur. Ümumiyyətlə, avtomobillərin üzərində olan və onun hansı şirkətə, hansı quruma məxsus olduğunu bildirən adlar, loqolar reklam sayılmır. Yalnız hansısa məhsul avtomobilin üzərində qanunsuz reklam olunarsa, buna görə sürücü cərimə oluna bilər”.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













