Şəki dövlət yol polisi polis veteranlari ilə görüş keçirdi - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, polis veteranlarını yol hərəkəti təhlükəsizliyinin təbliği işinə cəlb etmək, onlarla müntəzəm əməkdaşlıq etmək, onların təcrübəsindən və tövsiyyələrindən yararlanmaq məqsədilə 27 mart 2019-cu il tarixdə, Dövlət Yol Polis Bölməsinin inzibati binasında polis veteranları ilə görüş keçirib. Görüş zamanı, Polis Veteranları Şurasının sədri, ehtiyyatda olan polis mayoru Telman Ağakişiyev, Şuranın sədr müavini, ehtiyyatda olan polis mayoru Vaqif Əhmədov, Şuranın üzvü, ehtiyyatda olan polis mayoru Həsən Hüseynov çıxış edərək, belə bir tədbirin təşkil edilməsindən razılıqlarını bildirərək, hər biri öz təklif və tövsiyyələrini bildiriblər.
Polis Veteranları Şurasının üzvü, ehtiyyatda olan polis mayoru Həsən Hüseynov 1975-1986-cı illərdə Şəki Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsində işlədiyini, Bölmənin ilk Dövlət Yol Polisi rəisi olduğunu, o zamanlar tədbliğat və təşviqat sahəsinə geniş yer verilməməsini qeyd edərək, hazırda aparılan təbliğat və maarifləndirmə işlərini yüksək qiymətləndirdiyini bildirib.
Polis baş leytenantı Tural Niftalıyev çıxış edərkən, Ümumilli Lider Heydər Əliyevin bir kəlamını xatırladıb: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Ona görədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmr və göstərişlərinə əsasən təbliğat və maarifləndirmə işlərinə geniş yer verildiyi qeyd olunub.
Tədbirin yekununda, Polis Veteranları Şurasının sədri və üzvləri, Bölmənin inzibati binasının dəhlizində yaradılmış təbliğat və maarifləndirici görüşlərin fotoşəkilləri əks olunmuş “DYP GUŞƏSİ”nə baxıblar.
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
















