Şəki DYP uşaq bağçasında - FOTO - VİDEO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev 19 iyun 2019-cu il tarixdə Şəki şəhəri 14 saylı uşaq bağçası-körpələr evində maarifləndirici tədbir keçirib.Uşaqlara əyani vasitələrdən istifadə etməklə piyada,avtomobil,küçə,yol,səki,işıqfor,piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumat verilib.Uşaq bağçasının tərbiyəçilərinə tövsiyyə olunub ki, uşaqlara işıqfor və digər yol nişanlarına,yol hərəkəti qaydalarına aid şeir və mahnılar öyrədilsin.
Şəki şəhəri 14 saylı uşaq bağçası-körpələr evinin müdiri xanım Güllər Mənəfova bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək belə tədbirlər təşkil etdiyinə görə polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.Güllər Mənəfova bildirib ki, ötən il yəni 2018-ci ilin 30 mart tarixində polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri 14 saylı uşaq bağçası-körpələr evində tədbir keçirərkən çəkilmiş fotoşəkillərdən nümunələr əks olunmuş “UŞAQ BAĞÇAMIZIN DOSTU” adlı lövhə hazırlayaraq uşaq bağçasının dəhlizində asıblar.Uşaqları bağçaya gətirən valideynlər bu lövhəni gördükdə Dövlət Yol Polisinin uşaqlarla dostluq etməsini və yol hərəkəti qaydaları barədə maarifləndirməsini yüksək qiymətləndirdiklərini qeyd edirlər.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev bu cür maarifləndirmə tədbirlərinin rayonun bütün məktəbəqədər təhsil müəssisələrində davam etdiriləcəyini qeyd edib.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















