Şəki polisi maarifləndirmə işlərini davam etdirir - FOTO

2018/2019-cu tədris ilində Şəki Şəhər –Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun bütün ümumtəhsil müəssisələrində “Gənclər narkomaniyaya yox deyir”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları” və “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında maarifləndirmə tədbirləri həyata keçirilir. Növbəti tədbir 31 may 2019-cu il tarixdə Şəki şəhəri 21 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə, Şəki Şəhər Təhsil Şöbəsinin metodisti Anar Məmmədov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, şöbənin azyaşlılar üzrə baş inspektoru polis kapitanı Anar Xalıqov və inspektoru polis kapitanı Səlim Səlimov, məktəbin direktor müavini Gülnaz Cabbarova, digər müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən qeyd olunan mövzularla bağlı ətraflı məlumatlar verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb. Qeyd olunub ki, Şəki şəhəri 21 saylı tam orta məktəb Şəki-Oğuz şossesinin tam yaxınlığında avtomobil yoluna bitişik yerləşdiyi üçün bu məktəbdə təhsil alan şagirdlər yol hərəkəti qaydalarının öyrənilməsinə və əməl edilməsinə daha ciddi yanaşmalıdırlar. Şagirdlər, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən yol hərəkəti qaydaları barədə verilən sualların cavablandırılmasında aktivlik nümayiş etdiriblər.
Şəki şəhəri 21 saylı tam orta məktəbin direktor müavini Gülnaz Cabbarova bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














