Şəki polisi maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

ŞƏKİ DÖVLƏT YOL POLİSİ TƏHSİL ŞÖBƏSİNDƏ
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev 11 iyun 2019-cu il tarixdə Şəki Şəhər Təhsil Şöbəsində rayonun bütün ümumtəhsil müəssisələrinin direktorlarının iştirakı ilə keçirilən 2018/2019-cu tədris ilinin yekunlarına dair iclasda iştirak edib. Şəhər Təhsil Şöbəsinin müdiri xanım Südabər İsmayılova tədbiri açıq elan edərək Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevin Təhsil Şöbəsi ilə sıx əməkdaşlıq etməsini, təhsil müəssisələrində keçirdiyi maarifləndirmə tədbirlərini yüksək qiymətləndirdiyini qeyd edib və ilk sözü ona verib.
Tədbir iştirakçılarını salamladıqdan sonra Tural Niftalıyev Şəhər Təhsil Şöbəsində keçirilən iclasda iştirak və çıxış etmək imkanı yaratdığı üçün Təhsil Şöbəsinin müdiri xanım Südabər İsmayılovaya minnətdarlığını bildirib. Daha sonra Tural Niftalıyev qeyd edib ki, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində piyadaların intizamının artırılması və təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə mütəmadi olaraq rayonun bütün ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərdə ev sahibliyi, təşkilatçılıq etdikləri üçün ümumtəhsil müəssisələrinin rəhbərlərinə minnətdarlığını bildirib.
Daha sonra Tural Niftalıyev iclasda iştirak etməsinin səbəbinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 14 iyun 2019-cu il tarixdə ümumtəhsil müəssisələrində keçiriləcək “ Son zəng ” tədbirləri ilə bağlı olduğunu qeyd edib. O, bildirib ki, Dövlət Yol Polisi “Son zəng” tədbirlərində sutka ərzində gücləndirilmiş iş rejimində işləyəcək və yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə təşkilinin təmini üçün bütün imkanlarından istifadə edəcəkdir. Lakin, valideynlər, ağsaqqallar, eləcə də təhsil müəssisələrinin rəhbərləri bu məsələdə daha çox məsuliyyətli olmalıdırlar. Bəzən, “Son zəng” tədbirləri başa çatdıqdan sonra yuxarı sinif şagirdləri, xüsusilədə məzunlar nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulandan artıq sayda, minik avtomobillərinə 7-8 nəfər minərək şəhər ərazisində və ya digər ərazilərdə yuxarı-aşağı hərəkət edirlər. Bəzən də, valideynlərinə və ya yaxın qohum-əqrabalarına məxsus olan avtomobilləri sürücülük hüququ olmadan hətta müxtəlif energetik və ya spirtli içkilər qəbul edərək idarə edirlər ki, bununlada xoşagəlməz halların, yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa zəmin yaradırlar. Təhsil müəssisələrinin rəhbərləri, tabeliklərində olan təşkilatçı, psixoloq və sinif rəhbərlərinin iştirakı ilə “Son zəng” tədbirlərindən əvvəl və sonra təkrar-təkrar yuxarı sinif şagirdləri, xüsusilədə məzunlarla söhbətlər aparsınlar və qeyd olunan neqativ halların yol verilməzliyi nəzərlərinə çatdırılmaqla, belə hərəkətlər etmələrinə şərait yaratmasınlar ki, “Son zəng” tədbirlərini və ümumilikdə dərs ilini təhlükəsiz, qəzasız başa vura bilək.
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO












