Şəki yol polisi piyadalara MÜRACİƏT etdi - FOTO

Şəki DYP qış mövsümü ilə əlaqədar olaraq piyadalara müraciət edib. Şəki DYP- nin təbliğat və təşviqat üzrə inspektoru,Tural Niftalıyev Avtosfer.az-a bildirib ki, bununla bağlı yol polisi tövsiyyələr hazırlayıb.
"Piyadalara müraciət edirik ki, qış mövsümündə metroloji şəraiti nəzərə alaraq, daha çox diqqətli olsunlar, qəzaya düşməmək üçün aşağıdakı qaydalara riayət etsinlər:
- Küçələrdə səkilərlə, yollarda isə ehtiyyat hissə ilə hərəkət edin. Əgər səki yoxdursa küçənin tam kənarı ilə gedin.
- Piyada keçidləri ilə küçəni keçin. Piyada keçidi yoxdursa, küçənin düz xəttli hissəsindən yəni hər iki tərəf yaxşı görünən yerindən sola-sağa baxmaqla çox diqqətlə avtomobilin yaxınlaşmadığını tam yəqin edərək keçin.
- Yaxınlaşan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxmayın.
- Küçəni svetoforun (nizamlayıcının) işarələrinə riayət etməklə keçin.
- Avtobusları dayanacaqlarda, dayanacaq yoxdursa səkilərdə gözləyin. Avtobus tam dayanmamış ona yaxınlaşmayın.
- Küçə və yolları keçərkən qaçmaq, tələsmək, diqqətsizlik etmək olmaz.
- Küçə və yolda dayanmış nəqliyyat vasitəsinin qarşısından keçmək çox təhlükəlidir. Ən çox hadisələr bu səbəbdən olur. Dayanmış avtomobilin arxa hissəsindən keçmək lazımdır.
- Yolun hərəkət hissəsində zərurət olmadan ləngimək və dayanmaq olmaz."
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













