Şirvanda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

Şirvan şəhəri 21 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəhbərliyi, Şirvan Şəhər Prokuroru, şəhər ərazisində yerləşən 6 məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov və digərləri dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Bildirilib ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı qətiyyətli tədbirlər görülür, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Siz gənclər isə belə hallardan uzaq durmalı, gələcəyin peşəkar kadrları kimi yetişmək üçün bütün bilik və bacarıqlarınızı təhsilinizə yönəltməlisiniz.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















