Sumqayıtda məşhur "avtoş" həbs edildi - FOTO

Uzun müddətdir ki, Sumqayıt şəhərində avtoxuliqanlıq edən, bir neçə dəfə yol polisinin "saxla" işarəsinə məhəl qoymayaraq qaçıb məsuliyyətdən yayınan sürücü nəhayət aprelin 22-də saxlanılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları axşam saat 23:50 radələrində Rusiya nömrəsi ilə idarə etdiyi VAZ 21 09 markalı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün "saxla" işarəsi veriblər.
Lakin sürücü avtomobili saxlamayaraq hərəkəti təhlükəli manevrlərlə davam etdirib və qaçmağa çalışıb. YPX əməkdaşları təhlükəsizlik qaydalarına riayət edərək həmin sürücünün saxlanılmasına nail olublar. Zavodların ərazisində gizlənməyə çalışan sürücü elə həmin ərazidə də saxlanılıb. Məlum olub ki, Babazadə Əli Baba oğlu bir neçə aydır Sumqayıt şəhərində Rusiya nömrəsi ilə idarə etdiyi avtomobilin şüşələrini tam tündləşdirib, əsasən gecə saatlarında şəhər ərazisinə çıxaraq avtoxuliqanlıq edib. Bir neçə dəfə isə Bakı şəhərinə gələrək bu hərəkətləri edib. Sürücü barəsində toplanmış materiallar Sumqayıt şəhər məhkəməsinə təqdim olunub. Hakim Nəriman Abıyevin sədrliyi ilə keçirilən prosesdə sürücünün hərəkətləri videogörüntülərlə sübuta yetirilib və o da öz əməlini etiraf edib.
Məhkəmənin qərarı ilə Əli Babazadə 15 gün müddətində inzibati qaydada həbs edilib, sürücülük hüququ bir il müddətində məhdudlaşdırılıb. Avtomobili isə duracağa yerləşdirilib.
Qeyd edək ki, son iki ayda Sumqayıt şəhərində 5 avtoxuliqan saxlanılıb.
Orxan
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO


















