Sumqayıtda yol polisi qayda pozan xanım sürücüləri sevindirdi - FOTO

Bu gün Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində maraqlı reyd keçiriblər. Reyd zamanı xanım sürücülər və piyadalar saxlanılsa da, onlara cərimə yazılmayıb. Avtosfer.az xəbər verir ki, DYP əməkdaşları xanım sürücü və piyadalarla maarifləndirici söhbətlər apararaq onları yol hərəkəti qaydalarına pozmamağa dəvət edib, qayda pozuntusunun insan faciəsinə səbəb ola biləcəyəni diqqətə çatdırıblar. Daha sonra isə xanım sürücü və piyadalara DYP tərəfindən gül və hədiyyələr verilib.
Bununla yanaşı, polis əməkdaşları şəhərin təmizliyi ilə məşğul olan xanımları da unutmayıblar. Onlar da göstərilən diqqətdən razılıq ediblər. Ümumilikdə reyd zamanı 20-yə yaxın xanımın 8 Mart Beynəlxalq Qadınlar günü təbrik edilib və gələcək işlərində uğurlar arzulanıb. Tədbirdə yol polisin əməkdaşları ilə yanaşı, uşaqlardan ibarət polis qrupu da iştirak edib.
Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis şöbəsindən bildirilib ki, hər il olduğu kimi, bu il də ənənəvi Sumqayıtda xanım sürücülərlə bağlı belə bir tədbir keçirilib .
Zaur
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ





























