"Təmiz hava aylığı" ilə bağlı maarifləndirici aksiya - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilən "Təmiz hava aylığı" çərçivəsində tədbirlər davam edir. Aylıq çərçivəsində bütün stasionar postlarda, eyni zamanda rayon polis şöbə və bölmələrində maarifləndirici tədbirlər keçirilir. Xüsusi cihazlarla avtomobillərin ixrac etdiyi zəhərli qazların miqdarı ölçülür.
Belə tədbirlər Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən mütəmadi olaraq həyata keçirilir. Avtosfer.az-ın əməkdaşı keçirilən tədbirlərin birində iştirak edib. Tədbir zamanı 20-yə yaxın avtomobil saxlanılıb. Onların ixrac etdiyi zəhərli qazların miqdarı yoxlanılıb. Yaxşı haldır ki, hətta normadan daha aşağı zəhərli qaz ixrac edən nəqliyyat vasitələri də olub. Həmçinin bir neçə avtomobildə bu miqdar normadan artıq olub. Həmin sürücülərə xəbərdarlıq olunub. Bildirilib ki, qısa müddətdə bu problemi aradan qaldırmasalar növbəti dəfə onlar barəsində inzibati qaydada protokol tərtib olunacaq. Saxlanılanlar sürücülərdən cəmi 3-nə protokol tərtib olunub. Digərlərinə xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin Avtosfer.az-a verdiyi məlumata görə, martın 28-dən aprelin 28-dək Baş İdarə tərəfindən ölkə ərazisində "Təmiz hava” aylığı keçirilir. Bunun əsas məqsədi avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların sağlamlığına təhlükə yaratması eləcədə havanın çirkləndirilməsinin qarşısının alınmasıdır”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlanılmalıdır və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsiz normalara uyğun olunmalıdır.
Sonda Rüfət Quliyev bildirib ki, ekoloji təhlükəsiz normalarına cavab verməyən avtomobillər yol polisi əməkdaşları tərəfindən aşkar olunaraq, sürücüləri inzibati məsuliyyətə cəlb olunacaqlar.
Tədbirlər respublikanın bütün bölgələrində davam edir.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















