Vətəndaş yol polislərindən nazirə yazdı: "Bu əməkdaşların..." - FOTO - VİDEO

Hüquqşünas Rüstəm Cəfərov Avtosfer.az saytına yol polisi ilə bağlı məktub ünvanlayıb. Məktubda bildirilir ki, iyun ayının 1-i, saat 19: 35 radələrində Bakı-Qazax magistralında, Bakı şəhər istiqamətində hərəkətdə olarkən Nəvahi postuna sürətlə yaxınlaşan Təcili Tibbi yardım maşını görüb. "Posta yaxınlaşdıqda YPX əməkdaşı polis baş-serjantı əlində uşaq DYP avtomobilindən çıxaraq Təcili Tibbi Yardım avtomobilinə yaxınlaşdı. Avtomobilimi posta saxlayaraq nələr baş verdiyini anlamağa çalışırdım. Bir tərəfdə ana fəryadı, digər tərəfdə YPX inspektorları və ətrafda avtomobillər dayanır vətəndaşlar toplaşırdı.
Polis Baş-serjantı Anar Babayevdən aldığım məlumata görə, DYP əməkdaşına vətəndaş azyaşlı körpəsinin yolda qırcolma (sudurqa) olması ilə bağlı yaxınlaşaraq kömək istəyib. Bu zaman xidmətdə olan yol polisi əməkdaşları Babyev Anar Nuhbala oğlu və İbrahimov Rüfət Əlisoltan oğlu təcili olaraq vətəndaşın imdadına yetişib.Nəvahi DYP postuna Təcilli Tibbi Yardım hekim briqadası çağırılıb. Təcili yardımın gec gələcəyini düşünən əməkdaşlar 99 YP 877 dövlət nömrə nişanlı, YPX avtomobili ilə körpəni xəstəxanaya çatdırılması üçün hərəkətə keçən zaman, Hacıqabul Rayon Təcili Tibbi Yardım əməkdaşları posta yaxınlaşıb. Körpənin həyatını xilas edilməsi üçün əlindən gələni edən istər YPX əməkdaşları, istərsə də həkim briqadası ailənin təklifi ilə körpəni Bakı şəhərinə aparılmasını istəyib. Lakin hadisə yerinə gələn təcili yardım avtomobilinin UAZ markalı olması və onun gec çatacağını düşünərək "Mercedes Viano" avtomobili ilə YPX əməkdaşlarının köməyi ilə xəstəxanaya yola salınındı."
Rüstəm Cəfərov həmin an keçirdiyi hissləri də məktubda ifadə edib. "Həqiqətən qarşılaşdığım mənzərə çox dəhşətli idi. Bir günahsız körpənin yaşam çırpınışı, ətrafı bürüyən ana fəryadı, buna biganə qalmayan və əlindən gələni əsirgəməyən YPX inspektorları, körpəni həyata qaytarmağa çalışan həkim briqadası. Hər kəsin məqsədi, istəyi və arzusu körpənin yenidən həyata qayıtması idi. YPX inspektorları o an sanki bir məmur olmaqdan çıxmış bir ata olaraq hərəkət edirdi. Gözündəki kədər hər halından hiss edilirdi. Şəkilini çəkdikdə belə, qəhərdən kameranin obyektivinə baxa bilmirdi. Mən bir vətəndaş olaraq YPX əməkdaşları ilə qürur duydum.Tam əminliklə deyirəm ki, adını qeyd etdiyim inspektorları ilə fəxr etmək belə azdır. Mən polis Baş-serjantı Babyev Anar Nuhbala oğlu və İbrahimov Rüfət Əlisoltan oğluna bu cür xidmətinə görə dərin təşəkkürümü bildirirəm."
Hüquqşünas Rüstəm Cəfərov Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubova rəsmi müraciət edərək polis Baş-serjantlarının müsbət xidmətini qiymətlənirilməsini xahiş edib.
Biz də öz növbəmizdə Avtosfer.az saytı olaraq hesab edirik ki, xidmətini bu cür uğurla icra edən DYP əməkdaşlarının əməli təqdirə layiqdir.
Orxan Əli
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO












