Vətəndaşla DYP arasında məhkəmə çəkişməsi: Kim haqlıdır? - VİDEO

Vətəndaş Nurlan Vaqif oğlu Maqsudov Avtosfer.az saytına müraciət edərək qarşılaşdığı problemi diqqətə çatdırıb. Şikayətçi deyir ki, 16 dekabr 2018-ci il tarixində, saat 11:35-də mülkiyyətində olan 10-MN-898 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobillə İstiqlaliyyət küçəsi ilə hərəkət edib Prezident Administrasiyasının qarşısından sola Niyazi küçəsinə (“Azneft” dairəsi istiqamətinə) hərəkət edib.
““Range Rover” markalı avtomobilin hərəkət etdiyini, lakin onun yolayrıcına çatmasına kifayət qədər məsafə olduğunu görüb hərəkət başlayıb dönməni başa çatdırmaqla yolayrıcını azad etdim. Avtomobilə heç bir təhlükə yaratmadım. Lakin ərazidə xidmət aparan 99-YP-428 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan YPX baş inspektoru, polis baş leytenantı Elgün Eldəniz oğlu Dünyamalıyev avtomobilimi saxlatdırıb əsassız olaraq mənim tərəfimdən yol ayrıcını keçmə qaydasını pozmağım barədə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP 2261293 saylı, 16.12.2018-ci il tarixli protokol tərtib etdi.”
Şikayətçi deyir ki, avtomobilimdə olan videoqeydiyyatçı vasitəsi ilə çəkilmiş arxa görüntüyə baxdıqda məlum olur ki, o, yolayrıcını sərbəst qaydada keçərkən “Range Rover” markalı avtomobil dayanmadan və maneəsiz Prezident Administrasiyası tərəfə dönür. Hətta görüntüdən müəyyən olunur ki, ona mane olan digər, ağ rəngli “Hyundai Sonata” markalı avtomobil olub. “YPX baş inspektorunun tərtib etdiyi İXP 2261293 saylı, 16.12.2018-ci il tarixli protokolla qəti razı olmadığımı bildirərək onun ləğv edilməsini və idarə rəhbərliyindən həmin inspektorun cəzalandırılmasını tələb edərək 17.12.2018-ci ildə Bakı şəhər DYPİ-nə şikayətlə müraciət etdim. Bakı şəhər DYPİ-də etdiyim şikayətlə bağlı araşdırma aparılarkən DYPİ-nin İnzibati Xətalar Haqqında İşlər Üzrə Şöbəsinin inspektoru, polis mayoru Anar Fazil oğlu Hüseynli videogörüntülərə baxış keçirməyib və onun detallarını araşdırmayıb yalnız izahatımın alınması ilə araşdırmanı yekunlaşdırıb söylədiklərimi rədd edərək 20.12.2018-ci il tarixli qərarla məni əsassız İXM-nin 327.2 maddəsi ilə təqsirli bilib və 3 bal, 60 manat cərimə etdi. Bakı şəhəri DYPİ-nin bu qərarından verdiyim şikayətə Səbail Rayon Məhkəməsində 04.01.2019-cu il tarixdə baxılaraq DYPİ-nin 20.12.2018-ci il tarixli qərarı ləğv edildi və işin icraatına xitam verildi. Bu qərardan Bakı şəhəri DYPİ-nin şikayəti əsasında 25.02.2019-cu il tarixdə Bakı Apellyasia Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib işi yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə qaytarıb. Səbail Rayon Məhkəməsi 11.04.2019-cu ildə tərəflərin iştirakları ilə işə yenidən baxaraq hərtərəfli araşdırma aparıb növbəti dəfə şikayətimi təmin edib, Bakı şəhəri DYPİ-nin 20.12.2018-ci il tarixli qərarını ləğv edərək və inzibati xəta mövcud olmadığından işin icraatına xitam verib.”
Vətəndaş deyir ki, bu qərardan şikayətvermə müddətinin keçməsinə baxmayaraq Bakı şəhəri DYPİ-i yenidən Bakı Apellyasiya Məhkəməsinə şikayəti verib. “İşin gedişatı onu göstərir ki, inspektorlar buraxdıqları səhvləri qəbul etmir və cəza almamaq üçün işin xeyrlərinə həll edilməsi ilə bağlı hər vasitələrlə Bakı Apellyasiya Məhkəməsinə təziq edirlər.”
Qeyd edək ki, işə Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə 27.05.2019-cu il tarixdə saat 10:00-da baxılacaq.
Fərid
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO












