Xüsusi karantin rejimini pozan 967 sürücü cərimələnib

Yol polisi 28 Aprel 2020 11:30 Oxunub 1270
Xüsusi karantin rejimini pozan 967 sürücü cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 27.04.2020-ci il saat 00:00-dan 28.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə statistik məlumatları açıqlayıb.

İdarədən Avtosfer.az-a verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 27.04.2020-ci il saat 00:00-dan 28.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 967 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 42371 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh