Xüsusi karantin rejimini pozan sürücülər cərimələniblər

Yol polisi 27 Aprel 2020 10:50 Oxunub 1170
Xüsusi karantin rejimini pozan sürücülər cərimələniblər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə statistik məlumatları açıqlayıb. İdarədən Avtosfer.az-a verilən məlumata görə,  koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 397 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41 404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh