“Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli? - FOTO

“Məktəblinin dostu” layihəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Milli Avtomobil Klubunun birgə əməkdaşlığı çərçivəsində məktəblinin dostları üçün “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?” mövzusunda təlimlərə start verilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkilinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin əməkdaşları Pərvanə Muradova və Elnur Mahmudov,
Azərbaycan Milli Avtomobil Klubunun əməkdaşı Həsən Xıdırov, “Məktəblinin dostu layihəsinin əməkdaşları iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd məktəblərdə fəaliyyət göstərən məktəblinin dostlarını yol hərəkəti qaydaları və təhlükəsizliklə bağlı məlumatlandırmaq, onların bu mövzuda şagirdlərlə təşkil etdiyi təlimlərə daha peşəkar yanaşmasını təmin etməkdir.
Təlimçilər “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək” mövzusunda çıxış ediblər.
Təlimdə yol hərəkəti qaydaları ilə bağlı məktəblilərin erkən yaşlardan məlumatlandırılması, onlara nəqliyyat yollarında təhlükəsiz hərəkət etmək üçün bilməli olduqları yol nişanlarının tanıdılmasının vacibliyi vurğulanıb.
Bununla yanaşı, uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması üzrə profilaktiki tədbirlərin həyata keçirilməsi, məktəblilərin bu istiqamətdə maarifləndirilməsi üçün təhsil müəssisələri və qurumların birgə fəaliyyətinin əhəmiyyətindən danışılıb.
Qeyd edək ki, “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?” mövzusunda keçirilən təlimlər fevralın 25-dək davam edəcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




























