Yol hərəkəti təhlükəsizliyi uşaqların gözü ilə - Qaliblərə hədiyyələr verildi - FOTO

Bu gün Rəsm Qalereyasında DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) və Elm və Təhsil Nazirliyinin 1 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkəti təhlükəsizliyi uşaqların gözü ilə” adlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, ziyalılar, ekspertlər, müəllim və şagirdlər iştirak edib.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxışında uşaq travmatizminin əsas səbəbləri sırasında yol qəzalarının gəldiyini vurğulayıb. O qeyd edib ki, dünya üzrə 14-25 yaşlı təbəqə arasında ölüm faktının böyük qismini yol-nəqliyyat hadisələri təşkil edir. Ötən il baş vermiş yol-nəqliyyat hadisələrində 70-dən çox azyaşlının qəza qurbanı olduğuna nəzər salsaq, təəssüf hissi ilə ölkəmizdə də bu halın yüksək faiz göstəricisi ilə yer tutduğunun şahidi olarıq.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi üçün vacib olan elementlərdən danışıb və yol polisinin bu istiqamətdə göstərdiyi səylərin müsbət nəticə gətirdiyini qeyd edib.
Millət vəkili Vüqar İskəndərov isə yol nəqliyyat hadisələrində azyaşlıların zərər görməsini faciə kimi qiymətləndirib və onların bu istiqamətdə qorunması üçün ciddi işlərin görülməsini zəruri hesab edib. Həmçinin o, üzərinə düşən öhdəlikləri yerinə yetirərək belə təbliğat xarakterli tədbirlərin təşkilinə, həyata keçirilməsinə, ictimai qınağın formalaşmasına, maarifləndirmə işinin gücləndirilməsinə hər zaman dəstəkləməyə hazır olduğunu ifadə edib.
Digər bir millət vəkili Bəhruz Məhərrəmov isə Azərbaycanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı vəziyyətin nəzarət altında saxlanılmalı olduğunu deyib və bildirib ki, yol-nəqliyyatı hadisələrinin sayının artması qayda pozuntularına qarşı ciddi mübarizə üsulu ilə azaldıla bilər: “Təbii ki, bu prosesdə nəzarət edən orqanların, həmçinin sürücülərin, piyadaların və digər hərəkət iştirakçılarının üzərinə böyük məhsuliyyət düşür. Necə deyərlər, kiçik xətalar böyük faciələrə səbəb olur”.
Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, yollarda uşaq ölümlərinə və xəsarətlərinə son qoymaq üçün hamılıqla uşaqlara erkən yaşda yol hərəkəti qaydalarının öyrədilməsi vacibdir.
Qeyd edək ki, tədbirin sonunda rəsm müsabiqəsində fərqlənən dərnək rəhbərləri mükafatlandırılıb.
Xeyriyyə məqsədilə keçirilmiş satış sərgisində toplanmış vəsait tədbirə qatılan uşaqların istəyi qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkən uşaqlara yardım məqsədilə ianə edilib.
Nərmin Əkbər
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO

































